Erməni silahlı bölmələri monitorinqi pozub

Erməni silahlı bölmələri monitorinqi pozub

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığındakı təmas xəttində monitirinq keçirilməsi nəzərdə tutulurdu. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqin başlanmasına az qalmış erməni silahlı bölmələri tərəfindən atəşkəs rejimi pozulub.

Qeyd edək ki, bu səbəbdən monitorinq dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə