Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasının icarədarlarına məhsullarının çıxarılması üçün kifayət qədər vaxt veriləcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib. Onun sözlərinə görə, Moskva meri sahibkarlara kömək göstərilməsi barədə göstəriş verib. O qeyd edib ki, bir-iki gün ərzində baza tamamilə boşaldılacaq.
Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi "Pokrov" meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. "Pokrov" bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB