Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İtaliyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Giampaolo Cutillonu qəbul edib. ADU-dan SİA-ya verilən məlumata görə, İtaliya universitetləri ilə əməkdaşlıqdan söz açan rektor Səməd Seyidov bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, Tempus layihəsində ADU-nun İtaliyanın Milan Tərcüməçilik İnstitutu ilə tərəfdaşlıq etdiyini qonağın diqqətinə çatdırdı. Rektor ADU-nun eyni zamanda İtaliyanın Peruca, Bolonya, Siyena, Venesiya Universitetləri ilə də əməkdaşlıq etdiyini bildirib. O, universitetdə italyan və ispan dillərinin uğurla tədris olunduğunu və bu dillərə tələbələrin maraq göstərdiyini vurğulayıb.
İtaliyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Giampaolo Cutillonu səmimi qəbula görə təşəkkür edib və ADU-ya İtaliyan dili həftəsi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün gəldiyini qeyd edib. Səfir ADU-da italyan dilinin tədrisinin yüksək qiymətləndirib və İtaliya universitetləri ilə əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, birgə tədbirlərin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdən sonra səfir ADU-nun Tərcümə fakültəsinin İtaliyan dili ixtisasında təhsil alan tələbələrlə də görüşdü və tələbələrin ifasında müxtəlif səhnəciklərə və rəqslərə tamaşa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB