Sabah yay havası olacaq DİQQƏT

"Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi ərazilərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında bildirib ki, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə 14-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Baş hidroloqun sözlərinə görə, Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi ərazilərdə duman olacağı proqnozlaşdırılır: "Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 3-8 isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir".

Asif Verdiyev oktyabrın 19-dan başlayaraq havanın temperaturunun enəcəyini də deyib: "Ayın 19-u axşam saatlarından başlayaraq ölkənin Şimal və Qərb rayonlarında yağıntılar olacaq. Eyni zamanda havanın temperaturunda enmə müşahidə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə