Beyləqanda uşaqlarla Qurban Bayramı qeyd olunub FOTO

Beyləqanda uşaqlarla Qurban Bayramı qeyd olunub FOTO

Gənclər üçün Təhsil Mərkəzi Qurban Bayramı münasibəti ilə Beyləqanda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində tədbir keçirib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirdə əsasən həmin Mərkəzə cəlb olunan, çətin həyat şəraitində yaşayan və valideyn himayəsindən məhrum olan uşaqlar iştirak ediblər.

Çıxış edən qonaqlar Qurban Bayramının əsas mahiyyətinin xeyirxahlıq, paklıq, Allaha inam və sevgi olduğunu diqqətə çatdıraraq, hər kəsi təbrik ediblər.

Daha sonra tədbirdə iştirak edən uşaqlara Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi adından bayram hədiyyələri təqdim olunub.

Qeyd edək ki, tədbir bədii hissə ilə davam etdirilib, xüsusi istedadı olan uşaqların musiqi, rəsm və bədii qiraət qabiliyyətləri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə