Zəvvarlar bu gün şeytanı daşlayacaqlar

Zəvvarlar bu gün şeytanı daşlayacaqlar

Bu gün həcc ziyarətində olan zəvvarlar şeytana daş atacaqlar. SİA-nın məlumatına görə bu gün zilhiccənin 10-u Qurban bayramı günü zəvvarlar qurban kəsməkdən əlavə, şeytanı da daşlayırlar. Məkkədə olan hər zəvvar ilahi əməlini Minada şeytanı daşlamaqla başlayır.

Hacılar bu gün digər bir əməli yerinə yetirməlidirlər. Bu əməlin az zaman almasına və zəhmət tələb etməsinə baxmayaraq, böyük mənaya malikdir. Bu əməl baş qırxmaq və ya saçlarını az da olsa kəsdirməkdən ibarətdir. Hacı bu addımla, həyatın zahiri gözəlliklərini Allaha görə tərk etdiyini və onun düşgünü olmadığını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə