Müqəddəs Qurban Bayramı bölgələrdə qeyd edilir

Müqəddəs Qurban Bayramı bölgələrdə qeyd edilir

Bərdədə Qurban bayramı qeyd olunub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayondakı müxtəlif idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Qurban Bayramı ilə əlaqədar qurbanlar kəsilib. Bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətindən danışılıb. Bayramı münasibətilə rayonda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya Müharibəsi veteranlarına, qaçqınlara, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanıb.

Qurban bayramı Tərtərdə də böyük coşquyla qeyd olunub. Cəbhə bölgəsində bayram namazı rayon məcidində qılınıb. Rayon İcra Hakimiyyəti tərəfindən bayram münasibəti ilə yüzdən çox iri və xırdabuynuzlu heyvan müəyyən olunan yerdə qurban kəsilib, qurban əti 1500-dən çox ailəyə paylanıb.

Qeyd edək ki, bayram payı Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, məcburi köçkünlərə və aztəminatlı ailələrə verilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə