Qurban bayramı Gəncədə də qeyd olunub FOTO

Qurban bayramı Gəncədə də qeyd olunub FOTO

Respublikanın hər yerində olduğu kimi, Gəncədə də qurban bayramı qeyd olunub. SİA-nın Qərb bürosunun məlumatına görə, bayram tədbiri şəhərin ən böyük dini kompleksi olan İmamzadə Kompleksində keçirilib.

Bayram tədbirinə şəhər İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov da iştirak edib. Bayram münasibəti ilə şəhərin müəyyən edilən 8 ərazisində qurbanlar kəsilərək ümumilikdə 10 min nəfərə yaxın insana paylanıb.

Qurban Bayramı münasibəti ilə Gəncədəki "N" saylı hərbi hissədə də bayram təşkil olunub. Qurban Bayramının əsl vətənpərvərlik ideologiyasının nümunəsi olduğu vurğulanıb.

Qeyd edək ki, tədbirdə xidmətində fərqlənən 35 hərbi qulluqçuya təşəkkür və fəxri fərman verilib, hərbi hissənin şəxsi heyəti üçün 19 xırdabuynuzlu heyvan qurban kəsilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə