Hacıqabulda 500 ailəyə qurban payı verilib

Hacıqabulda 500 ailəyə qurban payı verilib

Hacıqabulda 500 ailəyə qurban payı verilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, müqəddəs Qurban bayramı münasibəti ilə Hacıqabul rayonunda icra hakimiyyətinin təşkilatçılığıyla qurbanlıq heyvanlar kəsilib. 51-i şəhid ailəsi, 39-u Böyük Vətən müharibəsinin əlili, 23-ü Qarabağ əlili, 41-i Çernobıl iştirakçısı olmaqla 500 ailəyə, Hacıqabulda məskunlaşmış qaçqın və köçkünlərin hər birinə 2 kiloqram olmaqla 1 tondan çox qurban payı verilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə