Yağmurlu hava şəraiti davam edəcək

Yağmurlu hava şəraiti davam edəcək

"Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən Cənub küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamentindən SİA-ya verilən xəbərə görə, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə 10-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Bayramın ikinci günüdə Azərbaycanın rayonlarında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Cənub küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 10-14, gündüz 20-25 dərəcə, dağlarda gecə 0-5 isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə