Qəzalı vəziyyətə düşən evlər yenidən qurulur

Qəzalı vəziyyətə düşən evlər yenidən qurulur

Ağdamda müharibə zamanı qəzalı vəziyyətə düşən evlər yenidən qurulur. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ermənistan Hərbi Birləşmələrinin hücumları nəticəsində dağıdılan və yandırılan Ağdamın cəbhəyanı Orta Qərvənd və Ayaq Qərvənd kəndləri yenidən bərpa olunur, dağıdılan evlər yenidən tikilir.

Hər iki kəndə aparılan yenidənqurma işləri nəticəsi olaraq yurd-yuvasını tərk edən 191 ailədən 170-i artıq geri dönüb. Ağdamın Qərvənd bələdiyyəsi üzrə qeydiyyatda olan 5 min 536 nəfərdən yalnız 850 sakin həmin ərazidə yaşayır.

Qeyd edək ki, Qərvənd kənd ərazi nümayəndəliyinə ümumilikdə 1272 təsərrüfatı olan 4 yaşayış məntəqəsi daxildir. Bunlardan Baş Qərvənd və Şıxlar kəndləri hazırda işğal altındadır. Orta Qərvənd və Ayaq Qərvənd kəndləri isə cəbhə xəttinə ən yaxın yaşayış məntəqələridir. Erməni hücumları nəticəsində kəndlər tamamilə dağıdılıb, yaşayış evləri yandırılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə