Gəncədə “Beynəlxalq Qızlar Günü” qeyd edilib

Gəncədə “Beynəlxalq Qızlar Günü” qeyd edilib

Gənclər üçün Təhsil Mərkəzi BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) ilə birgə Gəncə şəhərində Beynəlxalq Qızlar Gününə həsr olunmuş "Innovating for Girls’ Education" adlı bir günlük kampaniya keçirib. SİA-ya verilən məlumata görə, Gəncə şəhərində baş tutan kampaniya çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. İlk tədbiri Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə və BMT-nin İctimai İnformasiya Departamentinin əməkdaşı Zəka Quliyev açaraq, tədbir iştirakçılarına BMT tərəfindən təsis olunan Beynəlxalq Qızlar Günü barədə öz fikirlərini çatdırıblar.

Daha sonra kampaniya çərçivəsində əsasən Gəncə şəhərinin gənc xanımlarına qadın hüquqları, ayrıseçkilik və zorakılığa qarşı mübarizə metodları, qızların təhsil imkanları, onların şəxsi inkişafı, o cümlədən, uşaq yaşlarından erkən nikaha məcbur edilmə mövzuları ətrafında maarifləndirici seminarlar və digər tədbirlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə