Ağdamın cəbhə kəndində yeni tibb məntəqəsi istifadəyə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Üçoğlan ərazi inzibati vahidliyinə daxil olan Orta Qışlaq kəndində yeni tibb məntəqəsinin açılışı olub. Tədbirdə rayon rəhbərliyi, səhiyyə işçiləri və kənd sakinləri iştirak ediblər. Mərasimdə bildirilib ki, tibb məntəqəsinin yeni binası Üçoğlan kənd bələdiyyəsinin daxili imkanları hesabına inşa edilib.
Qeyd edək ki, məntəqə lazımı tibbi avadanlıqlar və dərman preparatları ilə təmin edilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB