Azad Rəhimov Beyləqanda vətəndaşları qəbul edib

Azad Rəhimov Beyləqanda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov Beyləqanda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Beyləqan rayonu ilə yanaşı Ağcabədi, Biləsuvar və İmişli rayonlarından olan 30-a yaxın vətəndaş da iştirak edib. Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən idman zallarının tikintisi, stadionların və idman qurğuların idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, ipoteka kreditlərinin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması və digər məsələlər qaldırılıb.

Qeyd edək ki, qəbul zamanı bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə