“Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013” kitabının təqdimatı keçirilib

“Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013” kitabının təqdimatı keçirilib

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında nəşr olunmuş "Prezident İlham Əliyev və mədəniyyət. 2008-2013" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, media mənsubları iştirak ediblər.

Bildirilib ki, iki cilddə tərtib olunmuş kitabda Prezident İlham Əliyevin son 5 illik fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, habelə mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman və sərəncamlar toplanıb.

Yeni nəşrlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2008-2013-cü illəri əhatə edən ikinci Prezidentliyi dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü dəyişikliklərin baş verməsi, böyük yüksəlişə nail olunması tam dolğunluğu ilə əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə