"Bayramın ilk günündə Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisinin Gürşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, oktyabrın 15-də paytaxtda və yarımadada havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq.
Şöbə rəisinin sözlərinə görə, sabah Azərbaycanın şimal və şərq rayonlarında yağış yağacağı, bəzi rayonlarda intensiv olacağı proqnozlaşdırılır: "Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 9-14, gündüz 20-25 dərəcə, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB