Qənirə Paşayevanın "Özümə yolçuluq" trilogiyasının yeni çapdan çıxmış "O…" adlı ikinci cildinin imza günü "Əli və Nino" kitab dükanları şəbəkəsinin "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzində yerləşən dükanında keçirilib. SİA-nın məlumatına görə, imzalanma mərasiminə xanım yazıçının sadiq oxucuları, tanınmış sənətçilər, yazarlar, kitabsevərlər, çoxsaylı QHT və KİV təmsilçiləri, işadamları qatılıb.
Tədbirdə çıxış edən xanım millət vəkili mərasimə gələn bütün insanlara təşəkkür edib. O, kitabın satışından gələcək bütün gəliri ağır xəstəliyə düçar olan və uzun müddətli müalicəyə ehtiyacı olan dəyərli bir şairə bağışladığını bildirib.
Qeyd edək ki, "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin xətti ilə "Elm və Təhsil" Nəşriyyatında dərc edilən, "O" adlı bu yeni kitabda xanım millət vəkilinin Allah, Dünya və İnsan, Haqq Yolu və bu qəbildən digər ana xətlər üzrə düşüncə yazıları toplanıb. Dünyanın yaradılış fəlsəfəsinin çağdaş təfəkkür süzgəcindən keçirilməsi, bir xanım və bir yazar həssaslığı ilə Ulu Dərgaha üztutmalar yeni nəşrin əsas leytmotivini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB