Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi "Beynəlxalq muhasibat uçotunun əsasları" mövzusunda təlimlərə start verib. SİA-ya verilən məlumata görə, bu layihə ATGTİ-nin həyata keçirdiyi Tələbə Təcrübə Proqramı çərçivəsində həyata keçirilir. Tələbə Təcrübə Proqramı hazırda dövlət və özəl şirkətlər ilə əməkdaşlıq edərək, tələbələrin bir çox müəssisələrdə təcrübə keçməsini təmin edir. İndiyə qədər Tələbə Təcrübə Proqramı çərçivəsində "Atəşgah sığorta", "Bakıelektrikşəbəkə ASC", "Bank Respublika", "Ömür Klinikası", "Ekologiya və Təbii Sərvətlər Nazirliyi", "Təmiz Şəhər ASC" ilə birgə təcrübə proqramları həyata keçirib. Keçirilən təcrübə proqramlarında 60-dan çox tələbə iştirak edib.
"Beynəlxalq maliyyə uçotunun əsasları" layihəsi ərzində 11 tələbəyə 10 həftə ərzində təlim keçiriləcək. Təlimlər Maliyyə Elm-Tədris Mərkəzinin təlimçiləri tərəfindən keçiriləcək. Təlimlərdə fərqlənən iştirakçılara Maliyyə Elm-Tədris Mərkəzinin keçirdiyi digər təlimlərdə güzəştlər edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Tələbə Təcrübə Proqramı çərçivəsində keçirilən təlimlər ödənişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB