Dəmiryolçular Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi peşə bayramı günü münasibətilə oktyabrın 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. SİA-nın məlumatına görə, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB