Ölkəmiz hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq turizm sərgilərində təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya verilən məlumata görə, 2014-cü ildə Azərbaycanın 18 beynəlxalq turizm sərgisində təmsil olunması nəzərdə tutulur.
Ötən illərdə keçirilən sərgilərdə olduğu kimi, bu sərgilərdə də ölkəmizin turizm imkanları müxtəlif reklam-çap materialları ilə nümayiş etdiriləcək. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və otellər də nazirlik tərəfindən icarəyə götürülən stendlərdə öz məhsullarını nümayiş etdirmək imkanı əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB