Bu gün Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində iqtisadi inkişaf naziri Şahin Mustafayev Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda sakinlərin müraciətləri və təklifləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Bir sıra müraciətlər operativ olaraq yerində həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə əlaqədar qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial, işədüzəlmə və digər məsələlər barədə olub. Sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə dair müzakirələr aparılıb, onların təklifləri dinlənilib. Nazir istixana təsərrüfatlarının, quşçuluq, heyvandarlıq, emal, kiçik istehsal və xidmət müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verib.
Qəbulda 50-dən artıq vətəndaş iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB