Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək

Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək

Qurban bayramı günlərində rayonlara sərnişin axınının artması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Beynəlxalq Avtovağzal Kompleksindən SİA-ya verilən məlumata görə, tələbatdan asılı olaraq bölgələrə gedən marşrutların sırasına yenilərinin əlavə edilməsi gözlənilir. Bundan əlavə, ehtiyac yaranacağı təqdirdə xəttə ehtiyat avtobuslar da çıxarılacaq.

Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılıb, qiymət intizamına nəzarət komissiyası yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə