QHT Əməkdaşlıq Alyansının ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyasının 9 oktyabr prezident seçkilərinə həsr edilən ilkin hesabatı ilə bağlı bəyanat yayıb. SİA-ya verilən məlumata görə, bəyanatda deyilir:
"Oktyabrın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası prezident seçkisi ilə bağlı ilkin hesabatını açıqlayıb. Jurnalistlərin qarşısına çıxan ATƏT sədrinin xüsusi əlaqələndiricisi Mişel Voisin bildirib: "Missiyada 40 ölkədən 350 lakin nümayəndə təmsil olunub və 1144 seçki məntəqəsini müşahidə ediblər. Siyasi yarışda 10 namizəd iştirak edib. Bu da plüralizmin inkişafının göstəricisidir. MSK seçkilərə yaxşı hazırlaşa bilmişdi və seçki prosesi yaxşı təşkil edilmişdi. Müşahidəçilərin sayı bu dəfə çox idi. Onlarla dialoqumuz oldu. Əhalinin seçkilərdə fəallığı yüksək idi. Seçicilərin 72 faizinin seçkidə iştirakı qeydə alınıb. Bu, Avropa ölkələrinin seçici iştirakçılığı ilə müqayisə oluna bilər. Xalq seçkidə özünü ifadə etməyə maraqlı idi". Daha sonra xüsusi əlaqələndirici bildirib ki, seçki təşviqatı zamanı müəyyən problemlər olub. Birləşmək, toplaşmaq və insan azadlıqlarına maneələr olub. Bütün bunlar Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsindəki çatışmazlıqların olduğunu göstərir.
Missiyanın üzvü Doris Barnetin sözlərinə görə, Bakı və Sumqayıt şəhərində seçkiləri müşahidə edib: "7 məntəqədə gördüyüm vəziyyət çox müsbət təəssüratlar yaradıb. Seçicilərin aktiv iştirakı bizi şad edir. Bu, əhalinin seçkiyə olan marağının yüksək olduğunu göstərir. Böyük sayda müşahidəçilərin olması da xoş təəssüratlar yaradır."
İtaliyalı Tana de Zuluetanın məntəqələrin açılması zamanı və səslərin hesablanması zamanı qanun pozuntularının olması, seçki təsisatlarının 19 faizinin fəaliyyətini pis kimi qiymətləndirməsi mətbuat konfransında iştirak edən çoxsaylı jurnalistlərin etirazına səbəb olub. Yarımçıq qalan mətbuat konfransının davam etdirilməsini tələb edən jurnalistlərin etirazını qəbul edən ATƏT sədrinin xüsusi əlaqələndiricisi Mişel Voisin sonrakı çıxışında prezident seçkilərinin azad və ədalətli keçirildiyini bildirdi və "exit-poll"un nəticələrinin ümumi nəticələrdən 4 faiz fərqli olduğunu söyləyib və 4 faizin isə ümumi nəticələrə təsir etmədiyini bildirib.
QHT Əməkdaşlıq Alyansı jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin ciddi etirazından sonra Mişel Voisinin fakt qarşısında qalaraq dəyişən mövqeyini müdafiə və təqdir edir, ondan bu ədalətli mövqeyi ATƏT-in Parlament Assambleyasnda da müdafiə etməyi gözləyir.
QHT Əməkdaşlıq Alyansı 2013–cü il Prezident seçkilərinin uzunmüddətli müşahidəsini və eyni zamanda seçki günü "exit-poll"u həyata keçirən bir koalisiya kimi bildirir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyasının ilkin hesabatı Azərbaycan xalqının iradəsinə qarşı hörmətsizlikdir, qeyri obyektivdir və qərəzlidir. 9 oktyabr Prezident seçkiləri azad, ədalətli, şəffaf və demokratik ölkələrdə tətbiq edilən seçki standartlarına uyğun səviyyədə həyata keçirilib. Seçkilərin ilkin nətiçələri Azərbaycan xalqının iradəsini əks etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB