Cəmil Həsənlinin müşahidəçisi: “Seçici fəallığı yüksəkdir, qanun pozuntusu qeydə alınmayıb” FOTOLAR

Milli Şura namizədinin qohumu İlham Dadaşov onun yalanını ifşa etdi
Cəmil Həsənlinin müşahidəçisi: “Seçici fəallığı yüksəkdir, qanun pozuntusu qeydə alınmayıb” FOTOLAR

Azərbaycanda prezident seçkiləri tarixə çevrilsə də seçicilərin 1/10 səsini qazana bilməyən müxalifət adətinə xilaf çıxmayıb yenə etiraz edir. Etirazları o qədər əsasızdır ki, insanda ikrah hissi doğurur. Fikirləşirsən ki, əgər Milli Şuranın namizədi ABŞ-dakı kimi 49 faizlə məğlub olsaydılar onda 51 faizlə qalib gələ nə edərdilər? Yəqin ki, Cəmil Həsənli də heç tərəddüd etmədən, MSK-nın hesablamasını gözləmədən özünü mütləq qalib elan edərdi.

Amma bura Azərbaycan, məğlub tərəf isə Milli Şuranın namizədi Cəmil Həsənlidir. O Cəmil Həsənli ki, ona seçicilərin 5,53 faizi səs verməsinə baxmayaraq özünü qalib elan edir. Üstəlik seçkilərdə total saxtakarlıq olduğunu iddia edir. Milli Şuranın namizədi onu da bildirir ki, seçkilərdə seçici fəallığı aşağı səviyyədə olub. Və buna misal kimi doğma kəndi Aları göstərib.

SİA-nın əməkdaşlarının araşdırması isə Milli Şura namizədinin yalan danışdığını bir daha sübut edir. Məsələ burasındadır ki, Cəmil Həsənlinin yalanını özünün Alar kəndində yaşayan dost-doğmaca qohumu və həmin kənddəki 2 saylı seçki məntəqəsində Milli Şura namizədinin müşahidəçisi olan İlham Dadaşov üzə çıxarıb. İ.Dadaşovun "Yeni Müsavat" qəzetinin seçkiləri Alar kəndində izləyən müxbirinə dediklərini olduğu kimi dərc edirik: "Seçici fəallığı yüksəkdir, qanun pozuntusu qeydə alınmayıb. Qeydiyyatda olan 1000 seçicidən 968 nəfər artıq seçkidə iştirak edib".

Bəs buna nə deyəsən, Cəmil Həsənli?

Bütün xəbərlər Facebook səhifəmizdə