Millət vəkili Qənirə Paşayeva senator, Türkiyə-İtaliya Parlamentlərarası Dostluq Qrupunun sədri Paolo Amato ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Qarabağ həqiqətləri ətrafında müzakirələr aparılıb. Azərbaycan ilə İtaliya arasında həm hökmətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə daha da inkişaf etdiyini deyib. Qənirə Paşayeva bildirib ki, Azərbaycan İtaliya ilə bütün istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. O, iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu da bildirib.
Millət vəkili eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyən senator Paolo Amato bu əlaqələrin daha da inkişaf etdirilməsində İtaliya dövlətinin maraqlı olduğunu deyib. Azərbaycanda olmadığını deyən Paolo Amato Azərbaycana səfər etmək arzusunda olduğunu da ifadə edib.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva İtalya parlamentinin senatoru Paolo Amatonu Azərbaycana səfər etməyə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən italyan senator Paolo Amato yaxın zamanlarda Azərbaycana səfər etməkdən böyük məmuniyyət duyacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB