Gənclər və İdman naziri Azad Rəhimov oktyabrın 14-də Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA- ya verilən xəbərə görə, qəbulda Beyləqan, İmişli, Ağcabədi və Biləsuvar rayonlarının sakinləri iştirak edəcəklər.
Qeyd edək ki, qəbul saat 11:00-da Beyləqan rayonu, Heydər Əliyev prospekti 3-də yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB