Həştərxan şəhəri Heydər Əliyev adına məktəbin kollektivi Prezident İlham Əliyevi təbrik edib FOTOLAR

Həştərxan şəhəri Heydər Əliyev adına məktəbin kollektivi Prezident İlham Əliyevi təbrik edib FOTOLAR

Həştərxan şəhəri Heydər Əliyev adına orta ümumtəhsil məktəbinin kollektivi, eyni zamanda valideynləri və şagirdləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident! Sizi Həştərxan şəhəri Heydər Əliyev adına orta ümumtəhsil məktəbinin kollektivi, eyni zamanda valideynləri və şagirdləri adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik. Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın və onun dost xalqının inkişafı və çiçəklənməsi davam etdiriləcək.

Əmin olduğumuzu bildiririk ki, Sizin Azərbaycan Respublikası və Rusiya Federasiyası, eləcə də Həştərxan vilayəti arasında mövcud dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq əhəmiyyətli sosial layihələrin reallaşdırılması istiqamətində həyata keçirdiyiniz fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.

Sizə möhkəm can sağlığı, bütün işlərinizdə uğurlar, yaradıcı enerjinizin tükənməzliyini arzu edirik".

Həştərxan şəhəri Heydər Əliyev adına orta

ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova

Bütün xəbərlər Facebook səhifəmizdə