Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə