AMEA-nın vitse-prezidenti Cenevrədə

AMEA-nın vitse-prezidenti Cenevrədə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Beynəlxalq Əlaqələr İdarəsinin şöbə rəisi Ulduz Həşimova Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən keçirilən İnnovasiya və Rəqabətlilik Siyasətləri üzrə Mütəxəssislər Qrupunun 6-cı sessiyasında iştirak edirlər.

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bu gün başlayan tədbirdə "Dövlət sektorunda innovasiya" mövzusu üzrə beynəlxalq siyasət dialoqu keçiriləcək və Qrupun 2014-2015-ci illər üçün iş proqramı formalaşdırılacaq.

Bununla yanaşı, sessiya çərçivəsində Mütəxəssislər Qrupunun Bürosunun yeni üzvləri seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə