Əli Əhmədov: "ATƏT-in ilkin hesabatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir" MÖVQE

Əli Əhmədov: "ATƏT-in ilkin hesabatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir" MÖVQE

"Oktyabr ayının 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə etdi. Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkilərinin yekunlarını şərh edən YAP-ın Sədr müavini–İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov, eyni zamanda ATƏT-in DTİHB-in Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinin ədalətli ola bilməməsinin təəssüf doğurduğunu da nəzərə çatdırıb: "Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri - obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə