“Financial Times” qəzeti Azərbaycanın nailiyyətlərini işıqlandırır
Böyük Britaniyanın nüfuzlu "Financial Times" qəzetınin 7 və 8 oktyabr buraxılışlarında Azərbaycanın nailiyyətlərinə həsr edilmış "Hansı ölkədir…" adlı iki səhifəlik əlavə dərc edilib. SİA-nın məlumatına görə, əlavədə Azərbaycanın Qafqazın lider dövləti olaraq son 10 il ərzində əldə etdiyi nailiyyətlər vurğulanır, həmçinin siyasət, iqtisadiyyat, beynəlxalq təhlükəsizlik məsələləri, mədəniyyət və idman sahələrində həyata keçirilən ən parlaq layihələr oxuculara təqdim edilir. Məqalədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın baş naziri Devid Kameronla görüşü, 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi, Əfqanıstandakı NATO qüvvələrinə təchizatın 40 faizinin bu ölkə vasitəsilə təmin edilməsi diqqətə çatdırılır. Bununla yanaşı, ölkəmizin Rusiyadan kənar keçməklə Avropanın enerji təminatında oynadığı əvəzsiz rol işıqlandırlır.
Qeyd edək ki, britaniyalı memar Zaha Hadidin müəllifi olduğu və dünyanın ən gözəl müasir memarlıq nümunələrindən biri kimi tanınan Heydər Əliyev Mərkəzinin inşası xüsusi qeyd olunur.
Şahin Abasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB