Təcrübə-Sınaq Mərkəzi mütəxəssisləri auditor vəzifəsinə işə dəvət edir
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) AZS İSO 9001-2009 "Keyfiyyəti idarəetmə sistemləri. Tələblər" standartı üzrə mütəxəssisləri auditor vəzifəsinə işə dəvət edir. Komitədən SİA-ya verilən məlumata görə, işə qəbul prosesi müsabiqə yolu ilə həyata keçiriləcək.
Maraqlananlar şəxsiyyət vəsiqəsinin, diplomun, elmi dərəcəsi barədə sənədin (əgər varsa), beynəlxalq statuslu təlim və kurslardan keçməsi barədə sertifikatın surətlərini 1 dekabr 2013-cü il tarixinədək AzTEST-in Keyfiyyəti idarəetmə sistemləri şöbəsinə (Bakı, Mərdanov qardaşları 124. Tel: (012) 555 04 98) müraciət edə bilərlər.
Qeyd edək ki, adıçəkilən standartın müəssisələrdə tətbiqi ilə istehlakçıların tələblərinə və texniki tələblərə cavab verən məhsul təqdim etmək imkanları genişlənir. Həmçinin keyfiyyəti idarəetmə sisteminin effektiv tətbiqi vasitəsilə istehlakçı məmnunluğunun artırılmasına nail olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB