Azay Quliyev İlham Əliyevi təbrik etdi

Azay Quliyev İlham Əliyevi təbrik etdi

Millət vəkili Azay Quliyev Kanal Avropaya 9 oktyabr prezident seçkilərinin nəticəsi ilə bağlı geniş açıqlama verib. SİA-nın məlumatına görə, o qeyd edib ki, prezident seçkiləri ilkin mərhələdən sonadək tamamilə qanunauyğun şəkildə keçirilib və vətəndaşlar seçki günü böyük fəallıq nümayiş etdirib: "Bu seçkini ATƏT PA, ATƏT İnsan Hüquqları və Demokratik İnstitutlar Bürosu, Avropa Parlamenti, Asiya Siyasi Partiyalar İttifaqı və digər müşahidə missiyaları, bütövlükdə 1400-ədək beynəlxalq müşahidəçi izləyib. Eyni zamanda Azərbaycanda bütün spektri əhatə edən vətəndaş cəmiyyəti qurumları da 9 oktyabr seçkilərində böyük fəallıq nümayiş etdiriblər. Ümumilikdə bu seçkiləri 52 mindən artıq yerli müşahidəçi izləyib. Demək olar ki, seçkiləri müşahidə edən bütün tərəflər prezident seçkilərinin tamamilə şəffaf, ədalətli və rəqabətlilik şəraitində keçirildiyini etiraf ediblər. Mən bu münasibətlə cənab İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə