Oktyabrın 10-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, eləcə də respublikanın qadın ictimaiyyətinin nümayəndələri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək oktyabrın 10-da anadan olmasının 74 illiyi qeyd edilən görkəmli alimin keçdiyi mənalı həyat yolundan, dünya şərqşünaslığı üçün qoyduğu zəngin elmi irsdən söz açıblar.
Alimin məzarı önünə Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri adından əklillər qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB