"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, oktyabrın 11-də paytaxtda və yarımadada havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı ehtimal olunur.
Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır: "Havanın temperaturunun aran rayonlarında gecə 8-13, gündüz 18-23, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB