9 oktyabr prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) sədri, dövlət başçısı İlham Əliyevin qələbə qazanması münasibətilə YAP Binəqədi rayon təşkilatı bayram tədbiri keçirib. Tədbirdə təşkilatın fəalları cənab İlham Əliyevin seçkilərdə möhtəşəm qələbəsini böyük coşğu ilə qeyd ediblər.
Bayram tədbirinin iştirakçıları bildiriblər ki, cənab İlham Əliyevin seçkilərdə bu parlaq qələbəsi ilə Azərbaycanın inkişafının növbəti əzəmətli mərhələsinə başlanır. Ona görə də, bu qələbə bütün Azərbaycan xalqının bayramıdır.
Qeyd edək ki, tədbir bayram konserti ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB