“OpinionWay“ Tədqiqat İnstitutu: İlham Əliyev 82,8 faiz səslə birinci olub

Ekzit-polun nəticələri açıqlandı
“OpinionWay“ Tədqiqat İnstitutu: İlham Əliyev 82,8 faiz səslə birinci olub

9 oktyabr Azərbaycan Respublikasının Prezidenti seçkilərində Fransanın "OpinionWay " Tədqiqat İnstitutunun keçirdiyi ekzit-polun nəticələrinə görə, İlham Əliyev 82,8 faiz səslə birinci olub. SİA-nın verdiyi məlumata görə, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının sifarişi ilə Fransa Respublikasında fəaliyyət göstərən "OpinionWay" Tədqiqat İnstitutu 64 DSK üzrə 99 məntəqədə ekzit-pol keçirib. Ekzit-polda 4701 səsvermiş respondent iştirak edib.

Ekizt-polun keçirilməsi metodologiyasına uyğun olaraq seçki məntəqəsindən çıxan səsvermiş vətəndaşlar onlara təqdim olunan anketi özləri dolduraraq şəffaf qutuya salmışlar. Ekzit-polda iştirak edən seçicilərin anonimliyi təmin edilmişdir. Şəffaf qutular səsvermə günü ərzində 4 dəfə (saat 12.00; 15.00; 17.00; 19.00) açılıb və məlumatlar mərkəzə ötürülüb.

Ekzit-polun yekun nəticələrinə görə namizədlər aşağıdakı kimi səs toplayıblar:

Namizədlərin soyadı, adı, atasının adı %

1. Ağazadə İqbal Fehruz 1,7

2. Əliyev İlham Heydər 82,8

3. Əlizadə Araz Məmməd Mübariz 0,5

4. Hacıyev Hafiz Ələmdar 0,4

5. Həsənli Cəmil Poladxan 9,3

6. Həsənquliyev Qüdrət Müzəffər 2,9

7. İsmayılov İlyas Abbas 0,5

8. Məmmədov Sərdar Calal 0,6

9. Oruc Zahid Məhərrəm 0,7

10. Quliyev Fərəc İbrahim 0,6

Qeyd edək ki, prezident seçkilərinin şəffaf, azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyuğun şəkildə keçirilməsinə yardım göstərilməsi məqsədilə Fransada fəaliyyət göstərən "OpinionWay" Tədqiqat İnstitutunu "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası exit-poll keçirilməsi üçün Azərbaycana dəvət edib. Bu ilin iyul ayının əvvəlindən "OpinionWay" Tədqiqat İnstitutu ilə danışaqlara start verilib və avqust ayının sonunda tərəflər arasında müqavilə imzalanıb.

"OpinionWay " Tədqiqat İnstitutu seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə 23-29 sentyabr, 2013-cü il tarixdə bütün ölkə üzrə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirmişdi. Sorğuda iştirak edən və "Əgər seçkilər bu gün keçirilsəydi, kimə səs verərdiniz?" –sualını cavablandıran respondentlərin 79,9% İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə