Yaşlı nənə səs verdi

Laçından məcburi köçkün olan 110 yaşlı nənə prezident seçkilərində səs verib. 121 Saylı Laçın Seçki Dairə Komissiyası məntəqəsinin əməkdaşları daşıyıcı səsvermə qutusunu yaşlı nənənin evinə gətirib. Bərdədə məskunlaşan Gülzar Nəsibova evində səsvermə hüququndan istifadə edib.

Bir neçə dəfədir ki, prezident seçkilərində iştirak edən 110 yaşlı nənə müstəqil şəkildə istədiyi namizədə səs verdiyini deyir.

Qeyd edək ki, 1904-cü ildə Laçın Lolabağırlı kəndində anadan olan Gülzar Nəsibovanın 10 uşağı var. Köçkünçülük həyatı yaşayan 110 yaşlı nənə ən böyük arzusu işğal olunmuş torpaqlarımızın tezliklə düşmən tapdağı altından azad edilməsidir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə