Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyindən verilən məlumata görə, regionlarda da rabitənin dayanıqlılığı və Məntəqə Seçki Komissiyalarında quraşdırılan veb-kameraların görüntülərinin izlənilməsi, həmçinin həmin görüntülərin internet üzərindən canlı yayımı tam təmin edilib. "Aztelekom" İstehsalat Birliyinin xidmət ərazisi 90 Seçki Dairəsi üzrə 3910 Seçki Məntəqəsini əhatə edir var və bu məntəqələr tam telefonlaşdırılıb. Bu məntəqələrdən 310-u məcburi köçkünlərin məskunlaşdığı ərazilərdədir. "Aztelekom" İB üzrə 57 Telekommunikasiya Qovşağının şəbəkəsində olan 84 Seçki Dairəsi üzrə 669 Seçki Məntəqəsində veb- kameralar quraşdırılıb.
Qeyd edək ki ötən (2008-ci il) Prezident seçkilərində "Aztelekom" İstehsalat Birliyinin xidmət ərazisində cəmi 286 veb-kameralar quraşdırılıb, hazırda bu rəqəm 383 ədəd artırılaraq 669-a çatdırılıb.
MSK-da veb-kameraların işi ilə yaxından tanış olan beynəlxalq müşahidəçilər kameralardan izlənilən görüntülərin keyfiyyətini yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB