ABŞ səfirinin xanımı Nərimanov rayon II Seçki Dairəsində müşahidə aparıb
20 saylı Nərimanov rayon II Seçki Dairə Komissiyasının 5 saylı seçki məntəqəsindən 1413 nəfər seçici qeydə alınıb. SİA-nın məlumatına görə, 16:50-yə olan məlumata görə, onlardan 980 nəfər səs verib. Məntəqədə seçki prosesini 29 beynəlxalq müşahidəçi izləyib. Onların arasında Beynəlxalq Ədalətli Seçki Naminə Təşkilatının Avropa Seçki Müşahidələri üzrə Akademiyası, ATƏT-in Mərkəzi Avropa Siyasi Monitorinq Təşkilatı, Ədalətli Seçim Kampaniyası, GUAM, AŞPA təmsilçiləri, həmçinin ABŞ səfirliyinin nümayəndələri olub.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirinin xanımı da həmin nümayəndələrin arasında olub. Mətbuat nümayəndələri də məntəqədə seçki prosesini əngəlsiz izləyə bilib. 5 saylı Seçki məntəqəsində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin məşvərətçi müşahidəçisi Qaryağdı Ağayevin verdiyi məlumata görə, bu vaxt ərzində məntəqəyə seçici axını müşahidə olunub.
Bu fakt da AŞPA nümayəndələri tərəfindən qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB