93 saylı Bərdə şəhər Dairə Seçki Komissiyasının 52 məntəqəsində səsvermə prosesi davam edir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bu məntəqələrin 2-si hərbi hissədə yerləşir. Dairədə 44 min 246 seçici qeydiyyata alınıb. Seçkiləri 246 yerli müşahidəçi izləyir və 11 məntəqədə veb-kamera quraşdırılıb.
94 saylı Bərdə kənd şəhər Dairə Seçki Komissiyasının 54 məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə 44 min 695 seçici qeydiyyata alınıb. 223 müşahidəçi seçkiləri izləyir. Bunlardan 2-si xarici müşahidəçidir və 5 məntəqədə veb-kamera quraşdırılıb.
Qeyd edək ki, məntəqələrdə seçki prosesini MSK-da qeydiyyatdan keçmiş beynəlxalq və yerli müşahidəçilər izləyir. Qanuna zidd neqativ hal müşahidə edilməyib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB