Bundestaqın keçmiş üzvü: “Məntəqələrdə əla şərait yaradılıb”

Bundestaqın keçmiş üzvü: “Məntəqələrdə əla şərait yaradılıb”

Azərbaycanda prezident seçkilərində səsvermə üçün seçki məntəqələrində yaxşı şərait yaradılıb. Məlumata görə, bu barədə Azərbaycan-Almaniya Assosiasiyasının nümayəndəsi, Almaniya Bundestaqının keçmiş üzvü Uolter Kolbou bildirib.

"Biz altı seçki məntəqəsində olduq, onlarda çox yüksək seçici fəallığı müşahidə olunurdu", deyən almaniyalı müşahidəçi əlavə edib ki, "insanlar səs vermək istəyirdilər və belə imkana malik olduqlarına görə şad idilər".

Onun sözlərinə görə, seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələrini görmələri təsir bağışlayan fakt idi.

Bütün xəbərlər Facebook səhifəmizdə