Almaniyalı deputat: “Müşahidələr seçkilərin şəffaf keçdiyini göstərir”

Almaniyalı deputat: “Müşahidələr seçkilərin şəffaf keçdiyini göstərir”

İndiyədək apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir. Bunu jurnalistlərə Almaniyadan olan müşahidə missiyasının üzvü, Almaniya parlamentinin deputatı Ermin Valter Nadler bildirib.

Məlumat üçün qeyd edək ki, Ermin Valter və Almaniyadan olan digər deputat Heinz Jozef Donhauser Nəsimi-Səbail rayon 23 saylı Seçki Dairəsinin 26 saylı məntəqəsində müşahidə aparır.

"Biz artıq bir neçə seçki məntəqəsində olmuşuq. İndiyədək apardiğimiz müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir. İndiyədək heç bir neqativ hal qeydə alınmayıb", deyə E.Valter bildirib.

Ermin Valterin sözlərinə görə, səsverməyə gələnlər arasında qadınların çoxluğu müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə