Ağcabədidə prezident seçkiləri yüksək fəallıqla müşahidə olunur

Ağcabədidə prezident seçkiləri yüksək fəallıqla müşahidə olunur

82 saylı Ağcabədi şəhər Dairə Seçki Komissiyasının 44 məntəqəsində seçicilərin sayı 43 min 107 nəfərdir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayon ərazisində, eləcə də kəndlərdə fəaliyyət göstərən seçki məntəqələrində seçicilərin fəallığı səhər saatlarından etibarən hiss edilir. Seçkiləri beynəlxalq missiyanın, eləcə də yerli müşahidə qruplarının nümayəndələri müşahidə edir.

83 saylı Ağcabədi-Füzuli Dairə Seçki Komissiyasının 43 məntəqəsində səs verəcək 40 min 650 nəfər seçici qeydiyyata alınıb. Bu dairə üzrə istər Ağcabədi rayonu ərazisində, istərsə də Füzulinin işğaldan azad olunan ərazilərində fəaliyyət göstərən seçki məntəqələrində bütün müşahidəçilər üçün qanuna uyğun şərait yaradılıb.

Qeyd edək ki, seçkilərdə heç bir qanun pozuntusu qeydə alınmayıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə