73 saylı Lənkəran Dairə Seçki Komissiyasının məntəqələrində seçicilər fəallıq göstərirlər
73 saylı Lənkəran Dairə Seçki Komissiyasının bütün məntəqələrində yüksək seçici fəallığı qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 29 məntəqədə saat 15-ə olan məlumata görə, 21549 seçici səsvermə hüququndan istifadə edib ki, bu da seçicilərin ümumi sayının 60,4%-ni təşkil edir.
207 nəfər yerli, 3 beynəlxalq müşahidəçisinin izlədiyi seçki prosesində indiyədək heç bir insident müşahidə edilməyib. Seçicilər məntəqələrdə yaradılmış normal şəraitdən istifadə edərək azad surətdə istədikləri namizədə səs verirlər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB