Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə seçici fəallığı ilə davam edir
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində səsverməyə hazırlıq işləri yerli vaxtla saat 07.50-də başa çatdırılıb, bütün lazımi şərait yaradılıb və saat 08.00-da seçki məntəqəsi səsverməyə açıq elan edilib. SİA-ya Konsulluqdan verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Konsulluğunun konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan və seçki məntəqəsində siyahıya alınmış seçicilərin sayı 88 nəfər təşkil edir.
Məlumatda bildirilir ki, səsvermədə seçicilərin fəallığı nəzər çarpır və verilən məlumata əsasən seçkilərdə artıq seçicilərin 60 faizindən çoxunun məntəqəyə gələrək öz səsini verdiyi məlum olub.
Hazırda səsvermə prosesi normal şəkildə davam edir. Səsvermənin yerli vaxtla saat 19.00-da başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB