Azam Qanieviç Usmanov: "Səsvermə obyektiv keçirilir”

Azam Qanieviç Usmanov: "Səsvermə obyektiv keçirilir”

Gəncənin 37 və 38 saylı Dairə Seçki Komissiyalarında nəzarətçi qismində iştirak edən MDB müşahidəçisi Azam Qanieviç Usmanov səhər saatlarından etibarən bir çox məntəqələrdə müşahidə apardıqlarını qeyd edib: "Gəncənin 37 və 38 saylı Dairə Seçki Komissiyalarında olduq. Onu deyə bilərəm ki, insanlar səs vermək üçün yüksək əhval-ruhiyyə ilə seçki məntəqələrinə üz tuturlar. Tək biz deyil, seçkilərdə iştirak edən bütün yerli və beynəlxalq müşahidəçilərin fikri budur ki, səsvermə heç bir neqativ hal olmadan, düzgün təşkil edilmiş formada həyata keçirilir. Mən ümid edirəm ki, bu obyektivlik başqa dairələrin məntəqələrində də yaşanır".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə