Türkiyəli müşahidəçilər: "Milli Şuranın müşahidəçiləri ilə ünsiyyətdə olduq" FOTO

Türkiyəli müşahidəçilər: "Milli Şuranın müşahidəçiləri ilə ünsiyyətdə olduq" FOTO

41 saylı Sumqayıt I Dairə Seçki Komissiyasının 14 saylı seçki məntəqəsində, saat 12:40 radələrində səsvermədə 370 nəfərdən çox seçici iştirak edib. SİA-nın məlumatına görə, 14 saylı seçki məntəqəsində səsvermə prosesini Türkiyədən bir neçə müşahidəçi izləyib.

Türkiyəli millət vəkilləri Ali Özgündüz (CHP) və Malik Əjdər Özdəmir seçkinin qaydalara uyğun və tam şəffaf şəkildə keçirildiyini qeyd ediblər: "Qardaş ölkədə seçki prosesinin bu cür şəffaf keçirilməsi məncə, bir çox ölkələrə nümunə olmalıdır. Biz bir neçə seçki məntəqəsində olduq. Tam əminliklə deyə bilərik ki, seçki olduqca şəffaf keçirilir. Məntəqələrdə Milli Şuranın və digər müxalifət yönümlü qurumların müşahidəçiləri ilə də ünsiyyətdə olduq. Onlar da seçki prosesində heç bir qanun pozuntusunun olmadığını qeyd edirlər".

Bəxtiyar Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə