Seçkilər demokratik, qanuna uyğun şəkildə keçirilir. SİA-nın əməkdaşının Bakının müxtəlif yerlərindən verdiyi məlumata görə, beynəlxalq müşahidəçilərin də olduğu məntəqələrdə hələ heç bir qanun pozuntusu aşkar edilməyib. 9 saylı Binəqədi 2-ci seçki dairəsinin 13 saylı məntəqəsində almaniyalı Qrifin Nikolas, Stebin Olqa əməkdaşımızla söhbətlərində bildiriblər ki, seçki çox gözəl, normal şəkildə təşkil olunub: "Biz bir neçə məntəqədə olmuşuq, hər şey çox normal şəçkildə gedib, insanlarda seçki əhval-ruhiyyəsi mövcuddur".
Rusiyadan olan müşahidəçi Strostina İrina deyib ki, seçkilər prosesi çox diqqətəlayiqdir və seçki fəallığı müşahidə edilir: "Seçki prosesini izləyən müşahidəçilərin sayı kifayət qədərdir".
Rusiyanın Çelyabinski vilayətindən olan müşahidəçi Aleksey Fortigen də səhərdən məntəqələri gəzdiklərini və prosesin gedişi ilə bağlı hər hansı nöqsanla rastlaşmadıqlarını söyləyib.
45 saylı Abşeron seçki dairəsinin 10 saylı məntəqəsində xarici müşahidəçi Rusiyanın Tula vilayətinin MSK-nın üzvü Kostenko Sergey bildirib ki, məntəqələr insanların azad şəkildə səs verməsi üçün lazımi texniki avadanlıqlarla təchiz olunub. Onun sözlərinə görə, məntəqədə olduğu zaman hər hansı bir qanun pozuntusu ilə rastlaşmayıb. Elə həmin məntəqədə seçki prosesini müşahidə edən Rusiyanın Dağıstan vilayətinin MSK-nın üzvü Maqomed Bidirov isə seçici fəallığından məmnunluğunu ifadə edib: "Nümunəvi bir seçi prosesi təşkil olunub. Yaşlı, cavan seçicilər məntəqələrə gəlir, normal şəkildə səsvermədə iştirak edirlər".
45 saylı Abşeron seçi dair 6 saylı məntəqəsi Rumıniyadan olan parlamentin üzvü və ATƏT-dən olan müşahidəçi Vlorei Riçard Badeya Azərbaycanın çox gözəl ölkə, Bakının isə füsunkar paytaxt olduğunu bildirməklə, seçki prosesi üçün normal şərait yaradıldığını söyləyib: "Seçkiyə qədər namizədlər üçün bərabərhüquqlu təbliğat-təşviqat kampaniyası yaradılıb. Bu gün də məntəqələrdə oldum. Hər kəsin sərbəst şəkildə səsvermədə iştirak etdiyini gördüm. Bütün bunlar Azərbaycanın demokratik seçki keçirmək ənənəsinin olduğuna sübutdur".
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə 11 saylı seçki məntəqəsində seçki prosesini müşahidə edən Pakistandan olan müşahidəçilər Adeel Hacı Möhəmməd, Aurangzeb Tahira və Mashhadi Seyid Tahir Hussain məntəqədə yaradılan şəraitdən razılıqlarını ifadə edib və insanların azad şəkildə səsvermədə iştirak etdiklərini bildiriblər.
18 saylı Nizami-Nərimanov seçki dairəsinin 20 saylı məntəqəsində ATƏT-dən olan müşahidəçilər Eric Jean Raoult, Lafort Jean ATƏT-in Fransa müşahidəçisi seçkinin gedişi ilə bağlı hər hansı iradlarının olmadığını, proseslə bağlı daha geniş məlumatları verəcəklərini söyləyiblər.
29 saylı Səbail seçki dairəsinin 28 saylı məntəqəsində Amerika konqresindən olan müşahidəçi Michael Msmahon və Asma Euea sakitlik mövcuddur, insanların fəallığı müşahidə edilir: "Seçicilər arasında maarifləndirmə aparılıb. Qazanılan təcrübə insanlarda seçki ilə bağlı geniş məlumatlar formalaşdırıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB