400-dən çox məhbus səs verib

Gəncədə fəaliyyət göstərən qapalı müəssisələrdən 2 saylı İstintaq Təcridxanasında məhkumların seçki prosesində iştirakı üçün şərait yaradılıb. Müəssisənin daxilində 38 saylı Nizami II Dairə Seçki Komissiyasına aid olan 25 saylı təcridxanada seçki məntəqəsi fəaliyyət göstərir. SİA-nın bölgə müxbirinin məlumatına görə məntəqədə 740 məhkumun səs verməsi nəzərdə tutulub. Seçki prosesi üçün məntəqədə 2 daşınmaz seçki qutusu, 8 səsvermə kabinəsi və digər şəraitlər yaradılıb.

Qeyd edək ki, hazırda olan məlumata görə 400-dən çox məhkum artıq səs verib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə